Azərbaycan, Bakı, 16 fevral /Trend, müxbir İlkin İzzət/
Xəzər rayon sakini yıxılaraq aldığı xəsarətdən hadisə yerindəcə ölüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, fevralın 15-də Xəzər rayonunun Şağan qəsəbəsində yaşayan Cavid Hüseynov evinin hamam otağında yıxılıb. C.Hüseynov aldığı xəsarətdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırmalar aparılır.