Paytaxtda internet klubu talan edən şəxslər tutulub

Azərbaycan, Bakı, 20 fevral /Trend, müxbir İlkin İzzət/
Bakıda internet klubu talan edən 2 nəfər tutulub.
Bakı şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, yanvarın 30-da Xətai rayonu G.Şıxlinski küçəsində Bakı şəhər sakini Vüsal Əliyevə məxsus internet klubdan pəncərənin dəmir barmaqlığını sındırmaqla 2 ədəd televizor və 6 ədəd kompüter dəsti oğurlanıb.
BŞBPİ-nin Cinayət Axtarış İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, 1990-cı il təvəllüdlü Amir Tacəddinoviç Rəcəbəliyev və Göyçay rayon sakini, 1992-ci il təvəllüdlü Azad Laçın oğlu Əlizadə tutulublar.
Xəbər lenti
Ombudsman Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin üzvləri ilə görüş keçirib (FOTO)
La Sapienza Roma Universitetinin məzunu Mingəçevir Dövlət Universitetində fəaliyyətə başlayıb (FOTO)