Azərbaycan, Bakı, 9 mart /Trend, müxbir İlkin İzzət/
Dərmandan zəhərlənmiş qadın 2 gün sonra xəstəxanada ölüb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, martın 5-də Nəhayət Nəbiyeva Bakının Səbail rayonu ərazisindən dərmandan zəhərlənmə ilə xəstəxanaya gətirilib. Həkimlərin səyinə baxmayaraq, N.Nəbiyevanın həyatını xilas etmək mümkün olmayıb və o, martın 7-də orada ölüb.
Faktla bağlı araşdırma aparılır.