...

Bakıda "Milli Ön" terminalından 1430 manat oğurlandı

Hadisə Materials 9 Mart 2015 13:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 9 mart /Trend, müxbir İlkin İzzət/

Bakıda ödəmə terminalından pul oğurlamış Abşeron rayon sakini tutulub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, martın 6-da N.Nərimanov prospektində yerləşən "Komtec LTD" MMC-nin qarşısında quraşdırılmış "Milli Ön" terminalından 1430 manat oğurlanıb.

Yasamal rayon Polis İdarəsi 27-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətmiş Abşeron rayon sakini Rəşad Süleymanov tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti