Azərbaycan, Bakı, 19 mart /Trend/
Şəmkir sakini həmcinslərini cinsi istismara məruz qoyurmuş.
Trend Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Şəmkir rayon sakini Əfsanə Məmmədovanın qadınları Türkiyəyə apararaq cinsi istismara məruz qoyması müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.