...

Lal-kar uşaq Bakıda mağazadan oğurluq edəndə saxlanılıb

Hadisə Materials 9 Aprel 2015 12:24 (UTC +04:00)
Bakıda mağazadan oğurluğa cəhd göstərmiş 13-15 yaşlı lal-kar olan oğlan saxlanılıb.
Lal-kar uşaq Bakıda mağazadan oğurluq edəndə saxlanılıb

Azərbaycan, Bakı, 9 aprel /Trend, müxbir İlkin İzzət/

Bakıda mağazadan oğurluğa cəhd göstərmiş 13-15 yaşlı lal-kar olan oğlan saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, 13-15 yaşlı lal-kar olan oğlan aprelin 8-də saat 06 radələrində Xətai rayonunun Nəsirəddin Tusi küçəsində Bakı şəhər sakini Turqay İsgəndərova məxsus mağazadan qapını sındırmaq yolu ilə oğurluğa cəhd göstərib. Oğlan Xətai Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılb və 35-ci Polis Bölməsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır, uşağın şəxsiyyəti müəyyənləşdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti