...

Həmyerlilərini Türkiyəyə aparıb cinsi istismara məruz qoyan bakılı qadın tutulub

Hadisə Materials 9 Aprel 2015 12:30 (UTC +04:00)
Qadınları cinsi istismara məruz qoyması müəyyən edilmiş Bakı şəhər sakini tutulub.
Həmyerlilərini Türkiyəyə aparıb cinsi istismara məruz qoyan bakılı qadın tutulub

Azərbaycan, Bakı, 9 aprel /Trend, müxbir İlkin İzzət/

Qadınları cinsi istismara məruz qoyması müəyyən edilmiş Bakı şəhər sakini tutulub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Sevinc Əhmədlinin gəlir əldə etmək məqsədi ilə qadınları Türkiyəyə aparıb cinsi istismara məruz qoyması müəyyən edilib və o, tutulub.

S.Əhmədlinin əməlləri ilə bağlı araşdırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti