...

Şabran sakinini öldürən 3 nəfər tutuldu

Hadisə Materials 17 İyul 2015 16:24 (UTC +04:00)
Şabran rayon sakinini qətlə yetirən 3 nəfər tutulub.
Şabran sakinini öldürən 3 nəfər tutuldu

Azərbaycan, Bakı, 17 iyul /Trend/

Şabran rayon sakinini qətlə yetirən 3 nəfər tutulub.

Trend Daxili İşlər Nazirliyinin saytına istinadən məlumat verir ki, iyulun 15-də Bakının Nərimanov rayonu ərazisindən kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilmiş və iyulun 16-da orada ölmüş şəxsin Şabran rayon sakini Rövşən Əyyubov olması müəyyən edilib.

Nərimanov RPİ 18-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakinləri Elgiz Cəfərli və Elfan Əliyev, Tərtət rayon sakini İsmayıl İmanverdiyev tutulublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti