...

Ucar-Yevlax yolunda ağır yol qəzası baş verib, xəsarət alan var

Hadisə Materials 20 İyul 2015 12:45 (UTC +04:00)
Ucar-Yevlax yolunda yük avtomobilinin aşması nəticəsində ağır yol qəzası baş verib, xəsarət alan var.
Ucar-Yevlax yolunda ağır yol qəzası baş verib, xəsarət alan var

Azərbaycan, Bakı, 20 iyul /Trend/

Ucar-Yevlax yolunda yük avtomobilinin aşması nəticəsində ağır yol qəzası baş verib, xəsarət alan var.

Trend-in hadisə yerində olan əməkdaşının verdiyi məlumata əsasən, Ucar-Yevlax yolunda, Yevlax rayonuna 5-6 km qalmış ərazidə "Şaqman" yük avtomobili aşıb. Göyərtəsində tikinti daşı olan yük avtomobilinin aşması nəticəsində baş verən yol qəzasında xəsarət alanların olduğu bildirilir.

Hadisə yerinə təcili-tibbi yardım maşını gəlib. Yaralılara ilkin tibbi yardım göstərilir.

Hadisənin baş vermə səbəbləri araşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti