Azərbaycan, Bakı, 23 iyul /Trend/
Bakı şəhər Baş Polis idarəsi və şəhər prokurorluğu paytaxtda döyülmə faktı ilə bağlı məlumat yayıblar.
Trend-ə daxil olan birgə məlumatda qeyd olunur ki, paytaxtın Sabunçu rayonu, Zabrat qəsəbə sakini Aliyə Mansurovanın həmin ünvanda qeyri-rəsmi birgə yaşadığı Rüfət Mehdiyev tərəfindən döyülərək xəsarət alması, eləcə də ütü vasitəsi ilə əlini yandırması faktına görə Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə cinayət işi başlayıb.
İş üzrə məhkəmə-tibb ekspertizası təyin edilib və digər zəruri istintaq hərəkətləri yerinə yetirilib.
Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.