...

Bir gündə 71 cinayət

Hadisə Materials 5 Avqust 2015 13:12 (UTC +04:00)
Azərbaycanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində 71 cinayət faktı qeydə alınıb, onların da 26-sı “isti izlər”lə açılıb.
Bir gündə 71 cinayət

Azərbaycan, Bakı, 5 avqust /Trend, müxbir Elmir Murad/

Azərbaycanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində 71 cinayət faktı qeydə alınıb, onların da 26-sı "isti izlər"lə açılıb.

Trend Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 10 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Yollarda da müxtəlif qəzalar qeydə alınıb. Belə ki, ötən gün respublikanın avtomobil yollarında 7 yol-nəqliyyat hadisəsi baş verib, 1 nəfər ölüb, 16 nəfər yaralanıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 9 fakt müəyyən edilib, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib. Cinayət törədən 32 nəfər isə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti