...

Polisin maşınını vuran sürücünün avtomobilindən qəribə şeylər tapılıb

Hadisə Materials 14 Avqust 2015 14:26 (UTC +04:00)
Bakıda polisin “Saxla!” əmrinə tabe olmayan sürücü polisin xidmətini maşınını vurublar.
Polisin maşınını vuran sürücünün avtomobilindən qəribə şeylər tapılıb

Azərbaycan, Bakı, 14 avqust /Trend, müxbir İlkin İzzət/

Bakıda polisin "Saxla!" əmrinə tabe olmayan sürücü polisin xidmətini maşınını vurublar.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, avqustun 14-də saat 01 radələrində Binəqədi rayonunun Xocəsən qəsəbəsində "Fiat Dobla" markalı avtopatrulda xidmət aparan PPXB-nin əməkdaşları üzərində dövlət qeydiyyat nişanları olmayan "Pegout" markalı avtomobilin sürücüsünə "Saxla!" işarəsi verib, lakin hərəkəti davam etdirmiş sürücü xidməti avtomobili vurub hadisə yerindən qaçmağa cəhd göstərib.

Görülmüş tədbirlərlə sürücü Ziya Rəhimli və sərnişini Mükafat Ağayev saxlanılıblar.

Avtomobilə baxış zamanı süngü-bıçaq, cib bıçağı, 2 ədəd göz yerləri açılmış idman papağı və avtomobilin dövlət qeydiyyat nişanları aşkar edilərək götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti