Azərbaycan, Bakı, 1 oktyabr /Trend, müxbir İlkin İzzət/
Paytaxtda evdən oğurluğa cəhd göstərmiş şəxs ev sahibi tərəfindən tutulub.
Daxili İşlər Nazirliyindən (DİN) Trend-ə verilən məlumata görə, sentyabrın 30-da paytaxtın Nizami rayonunda yaşayan İldırım Yaqubovun evindən oğurluğa cəhd göstərmiş Qazax rayon sakini, əvvəllər məhkum olunmuş Nemət Əzizov ev sahibi tərəfindən tutulub.
Nizami RPİ 23-cü PB əməkdaşları tərəfindən N.Əzizovun ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun Rəhimə Cavadovanın evindən 241 manat oğurlaması da müəyyən edilib.