...

Goranboyda avtomobil aşaraq yanıb, ölənlər var

Hadisə Materials 20 Oktyabr 2015 17:34 (UTC +04:00)
Goranboy rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Goranboyda avtomobil aşaraq yanıb, ölənlər var

Azərbaycan, Bakı, 20 oktyabr /Trend/

Goranboy rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Trend Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, qəza Bakı-Qazax magistralının rayonun Borsunlu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. "Mercedes" markalı avtomobilin aşması nəticəsində maşında yanğın meydana gəlib.

Hadisə zamanı iki nəfər həyatını itirib. Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti