...

Yeznəsini qətlə yetirmiş baldız tutulub

Hadisə Materials 21 Oktyabr 2015 13:41 (UTC +04:00)
Sumqayıtda qohumlar arasında yaranan mübahisə bir nəfərin ölümü ilə nəticələnib.
Yeznəsini qətlə yetirmiş baldız tutulub

Azərbaycan, Bakı, 21 oktyabr /Trend, müxbir Elmir Murad/

Sumqayıtda qohumlar arasında yaranan mübahisə bir nəfərin ölümü ilə nəticələnib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Sumqayıt şəhərində yaşayan Almurad Babayevin evində baldızı Rəbiyyə Sultanova münaqişə zəminində ona bıçaqla xəsarət yetirib.

Xəstəxanaya yerləşdirilən A.Babayevin həyatını xilas etmək mümkün olmayıb.

Sumqayıt Şəhər Polis İdarəsi 1-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Sultanova tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti