...

Paytaxtda yanğınla nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Hadisə Materials 28 Oktyabr 2015 09:50 (UTC +04:00)
Bakıda yanğınla nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Paytaxtda yanğınla nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Azərbaycan, Bakı, 28 oktyabr /Trend, müxbir Elmir Murad/

Bakıda yanğınla nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə daxil olan məlumata görə, hadisə Səbail rayonunda qeydə alınıb.

Vətəndaşa məxsus "Qazel" markalı yük avtomobilinin sürücüsü idarəetməni itirib və maşın yolun kənarına aşıb. Sonra avtomobil yanmağa başlayıb. Avtomobilin mühərrik hissəsi yanıb.

Qəza zamanı avtomobildə olan sərnişin müxtəlif bədən xəsarətləri alaraq təcili-tibbi yardım xidmətinə təhvil verilib. Yanğından Mühafizə Xidmətinin əməkdaşlarının sayıqlığı nəticəsində avtomobilin qalan hissəsi yanğından mühafizə etmək mümkün olub.

Yanğın saat 05:59-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti