...

FHN Bakıda intihara cəhd etmiş şəxs barədə açıqlama yayıb

Hadisə Materials 5 Noyabr 2015 15:01 (UTC +04:00)
Bakıda bir nəfər hündürmərtəbəli binaya çıxaraq intihara cəhd edib.
FHN Bakıda intihara cəhd etmiş şəxs barədə açıqlama yayıb

Azərbaycan, Bakı, 5 noyabr /Trend, müxbir Elmir Murad/

Bakıda bir nəfər hündürmərtəbəli binaya çıxaraq intihara cəhd edib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Binəqədi rayonunda 1 nəfərin intihar məqsədi ilə tikilməkdə olan binanın üstünə çıxması barədə məlumat daxil olub.

Nazirliyin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub və aparılmış psixoloji söhbət nəticəsində vətəndaş fikrindən yayınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti