...

İranda yağan güclü qar nəticəsində iki nəfər xəsarət aldı

Hadisə Materials 19 Noyabr 2015 13:43 (UTC +04:00)
İranın 5 əyalətinə yağan güclü qar nəticəsində 2 nəfər xəsarət alıb, yolda qalmış 38 avtomobil sahibinə yardım göstərilib.
İranda yağan güclü qar nəticəsində iki nəfər xəsarət aldı

İran, Tehran. Təmkin Cəfərov - Trend:

İranın 5 əyalətinə yağan güclü qar nəticəsində 2 nəfər xəsarət alıb, yolda qalmış 38 avtomobil sahibinə yardım göstərilib. Trend-in məlumatına görə, bu barədə "mojnews" xəbər saytına İranın Qırmızı Aypara Cəmiyyətinin sözçüsü Mustafa Murtəzəvi deyib.

M.Murtəzəvi bildirib ki, Şərqi Azərbaycan, Ərdəbil, Çahar Mahal və Bəxtiyarı, Zəncan və Lorestan əyalətlərində güclü qar yağıb: "Qarda köməksiz qalmış 200 nəfər xilas edilib, onlardan 2 nəfər xəsarət aldığı üçün ambulator yardım göstərilib".

Qeyd edək ki, yağan güclü qarla əlaqədar Şərqi Azərbaycan əyalətinin bəzi bölgələrində məktəblər də bağlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti