...

Qazax sakini əməliyyat masasında ölüb

Hadisə Materials 9 Yanvar 2016 15:39 (UTC +04:00)

Bakı. Trend:

Qazax sakini əməliyyat masasında dünyasını dəyişib.

Trend Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, ölüm hadisəsi Qazax Diaqnostika Mərkəzində qeydə alınıb. Xəstəxananın reanimatoloqu Aynurə Vəliyevanın sözlərinə görə, Qazax sakini Zaur Əhmədov sol bazu sümüyünün sınığı diaqnozu ilə xəstəxanaya daxil olub. Z.Əhmədov əməliyyata götürülərkən cərrahiyyə stolunda keçinib. 38 yaşlı xəstənin ürəyi dayanıb.

İki övlad atası olan Z.Əhmədov sürücü işləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti