...

Yevlaxda 3 ton ot bağlaması yanıb

Hadisə Materials 15 Fevral 2016 06:27 (UTC +04:00)
Yevlax rayonunda yanğın hadisəsi baş verib.
Yevlaxda 3 ton ot bağlaması yanıb

Bakı. Trend:

Yevlax rayonunda yanğın hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Trend-ə verilən məlumata görə, Yevlax rayonu, Ərəş kəndində (rayon mərkəzindən 19 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 40 kv.m olan tövlənin çardağının yanar konstruksiyaları 30 kv.m sahədə və içərisinə yığılmış 5 ton ot bağlamasının 3 tonu yanmıb.

Tövlənin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 02:25-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xəbər lenti

Xəbər lenti