...

Suraxanıda taxta sexi və ev yandı

Hadisə Materials 19 Fevral 2016 13:05 (UTC +04:00)
Səhər saatlarında Bakının Suraxanı rayonunda yanğın faktı qeydə alınıb.
Suraxanıda taxta sexi və ev yandı

Bakı. Trend:

Səhər saatlarında Bakının Suraxanı rayonunda yanğın faktı qeydə alınıb.

Trend-in Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən verdiyi məlumata görə, vətəndaşa məxsus ümumi sahəsi 600 kv.m olan taxta sexinin yanar konstruksiyaları 300 kv.m sahədə və ona bitişik ümumi sahəsi 144 kv.m olan birmərtəbəli 2 evin dam örtüyünün yanar konstruksiyaları yanıb. Hadisə yerinə dərhal FHN qüvvələri cəlb edilib. Evlərin və sexin qalan hissələri, yaxınlaqdakı qonşu evlər yanğından mühafizə olunub.

Yanğın saat 10:04-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti