...

Bakıdan Londona gedən İran vətəndaşlarının vizaları saxta çıxdı

Hadisə Materials 23 Fevral 2016 15:59 (UTC +04:00)
İran vətəndaşları Bakıdan Londona saxta vizalarla getməyə cəhd ediblər.
Bakıdan Londona gedən İran vətəndaşlarının vizaları saxta çıxdı

Bakı. Trend:

İran vətəndaşları Bakıdan Londona saxta vizalarla getməyə cəhd ediblər.

Heydər Əliyev adına Beynəlxalq Hava Limanından Trend-ə verilən məlumata görə, 22.02.2016-cı il tarixində "British Airways" aviaşirkətinin BA144 nömrəli Bakı-London reysinə sərnişinlərin qeydiyyatı prosesində Sərnişin xidməti üzrə departamentin Sərnişin aviadaşımalarının təşkili xidmətinin Pasport və vizaların yoxlanması üzrə qrupunun mütəxəssisləri İran İslam Respublikasının vətəndaşları olan sərnişinlər Masoumi Fatemeh, Mahdi İsfahani Shervan, Masoumi Mehdi və Javidtash Fatemeh-in UK vizalarının saxta olduqlarını müəyyən ediblər.

Pasport və vizaların yoxlanması üzrə qrupun mütəxəssislərinin bu barədə verdikləri məlumat əsasında həmin sərnişinlər reysdən kənarlaşdırılıb və Dövlət Miqrasiya Xidmətinə təhvil veriliblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti