...

Aeroport yolundakı qəzada xəsarət alanların son vəziyyəti: psixoloji yardım göstərilir

Hadisə Materials 4 Mart 2016 21:07 (UTC +04:00)
Suraxanı rayonunda aeroport yolunda baş vermiş ağır yol qəzası nəticəsində xəsarət alanların vəziyyəti açıqlanıb.
Aeroport yolundakı qəzada xəsarət alanların son vəziyyəti: psixoloji yardım göstərilir

Bakı. Samir Əli - Trend:

Paytaxtın Suraxanı rayonunda aeroport yolunda baş vermiş ağır yol qəzası nəticəsində xəsarət alanların vəziyyəti açıqlanıb.

3 saylı şəhər Klinik Xəstəxanasından Trend-ə verilən məlumatına görə, xəstəxanaya yerləşdirilmiş 21 nəfər arasında ağır kəllə-beyin travması alan olmayıb. 3 nəfərə gips qoyulub, bir nəfərin çıxığı olub, onlara tibbi yardım göstərilib.

Xəsarət alanların hamısına əsasən qabırğa sınığı və yumşaq toxumaların əzilməsi və sınması diaqnozu qoyulub.

15 nəfər ilkin tibbi yardımdan sonra zədələri yüngül olduğu üçün evə buraxılıb. Daha 2 nəfərin sabah xəstəxanadan buraxılması gözlənilir.

Xəstəxanadan onu da qeyd ediblər ki, xəsarət alanlara psixoloji yardım göstərilib və hazırda davam edir.

Xatırladaq ki, bu gün Suraxanı rayonu ərazisində aeroport yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib. 160 saylı sərnişin avtobusunun "VAZ 2109" markalı avtomobil və daha bir neçə maşınla toqquşması nəticəsində avtobus aşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti