...

Qardaşını tüfəngdən açdığı atəşlə öldürən şəxs saxlanılıb

Hadisə Materials 19 Aprel 2016 12:59 (UTC +04:00)
Neftçalada ailə-məişət münaqişəsi zəminində qardaş qardaşı güllələyib.
Qardaşını tüfəngdən açdığı atəşlə öldürən şəxs saxlanılıb

Bakı. Trend:

Neftçalada ailə-məişət münaqişəsi zəminində qardaş qardaşı güllələyib.

Trend-ə Daxili İşlər Nazirliyindən verilən məlumata görə, aprelin 19-na keçən gecə Neftçala rayonunun Mirqurbanlı kəndində kənd sakini Dadaş Əliyev ailə-məişət münaqişəsi zəminində tüfəngdən açdığı atəşlə qardaşı Fəridi öldürüb.

Neftçala RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində D.Əliyev tutulub, hadisəni törədərkən istifadə etdiyi müvafiq sənədləri olmayan "İJ-16" markalı tüfəng götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti