Açıq talama yolu ilə "varlanmaq" istəyənlər tutuldu

Hadisə Materials 24 May 2016 12:29 (UTC +04:00)
Bakı şəhər sakininə məxsus pul kisəsini açıq talama yolu ilə almış şəxslər tutulublar.
Açıq talama yolu ilə "varlanmaq" istəyənlər tutuldu

Bakı. Trend:

Bakı şəhər sakininə məxsus pul kisəsini açıq talama yolu ilə almış şəxslər tutulublar. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Xətai RPİ 35-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 7-də Bakı şəhər sakini Bahar Vəlizadəyə məxsus içərisində 102 manat, açar və mobil telefon olan pul kisəsini açıq talama yolu ilə almış Cəbrayıl rayon sakini Yunis Mehdiyev və Ağdam rayon sakini Sahib Haqverdiyev tutulublar. Ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların daha bir paytaxt sakininə məxsus içərisində 140 manat pul, mobil telefon, sənəd və açarlar olan çantanı soyğunçuluq yolu ilə almaları da müəyyən edilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti