Bakı. Trend:
Bakıda sanatoriya ərazisində ağaclar yanıb.
Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumat verir ki, Bakı şəhəri, Xəzər rayonunda Səhiyyə Nazirliyinə məxsus hazırda fəaliyyət göstərməyən "Zaqulba" sanatoriyasının ərazisində 16 ha sahədə quru ot və ağaclar yanıb.
Sanatoriya binası yanğından mühafizə olunub. Yanğın saat 18:09-da yanğınsöndürənlər tərəfindən söndürülüb.