...

Saatlıda biçilməmiş taxıl sahələri yanıb

Hadisə Materials 20 İyun 2016 15:32 (UTC +04:00)
Saatlı rayonunda taxıl sahələrində yanğın baş verib.
Saatlıda biçilməmiş taxıl sahələri yanıb

Bakı. Trend:

Saatlı rayonunda taxıl sahələrində yanğın baş verib. Belə ki, Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonun Varxankənd kəndində vətəndaşlara məxsus ərazilərdə 0,8 ha və 0,5 ha biçilməmiş taxıl sahəsi, digər vətəndaşa məxsus ərazidə 1 ha biçilmiş taxıl sahəsi yanıb. Taxıl sahələrinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 10:55-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti