Bakı. Trend:
Bakıda daş karxanasında işləyən Lerik rayon sakini faciəvi şəkildə ölüb. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, hadisə iyunun 29-da baş verib. Xəzər rayonunun Zirə qəsəbəsində yerləşən daş karxanalarından birində işləyən Lerik rayon sakini Məmməd Əsədov elektrik cərəyanı vurması nəticəsində ölüb.