...

Elektrik cərəyanı karxana işçilərinin həyatına son qoydu

Hadisə Materials 6 İyul 2016 12:22 (UTC +04:00)
Göygöl və Lerik rayon sakinləri elektrik cərəyanı vurması nəticəsində ölüblər.
Elektrik cərəyanı karxana işçilərinin həyatına son qoydu

Bakı. Trend:

Göygöl və Lerik rayon sakinləri elektrik cərəyanı vurması nəticəsində ölüblər.

Trend Daxili İşlər Nazirliyinin saytına istinadən məlumat verir ki, cari il iyunun 29-da Xəzər rayonunun Zirə qəsəbəsindəki daş karxanalarından birində dəmirçi işləyən Lerik rayon sakini Məmməd Əsədov elektrik cərəyanı vurması nəticəsində ölüb.

İyulun 5-də Göygöl rayonunun Üçbulaq kəndindəki daş karxanasında usta işləyən rayon sakini Gündüz Abbasov da elektrik cərəyanı vurması nəticəsində ölüb.

Araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti