...

Göyçayda avtomobil piyadanı vurub

Hadisə Materials 27 İyul 2016 18:49 (UTC +04:00)
Göyçay rayonunda piyadanın vurulması ilə nəticələnən avtomobil qəzası baş verib.
Göyçayda avtomobil piyadanı vurub

Bakı. Trend:

Göyçay rayonunda piyadanın vurulması ilə nəticələnən avtomobil qəzası baş verib.

Trend EL TV-yə (Region TV) istinadən xəbər verir ki, hadisə bu gün 14:30 radələrində Göyçay şəhərinin Mehdi Hüseynzadə küçəsində qeydə alınıb.

Rayonun Mallı-Şıxlı kənd sakini Elsəvər Xəlilov “VAZ 2109” markalı minik avtomobili ilə yolu keçən piyada, Ərəbşahverdi kənd sakini 1993-cü il təvəllüdlü Sənan Xanəhməd oğlu Ağarəhimovu vurub.

Ağır bədən xəsarətləri alan S.Ağarəhimov təcili olaraq Göyçay rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Koma vəziyyətində olan S.Ağarəhimovun səhhəti daha da ağırlaşıb.

Hadisəni törədən taksi sürücüsü E.Xəlilov saxlanılıb.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti