...

Qəza törədib polisə yalan məlumat verdi - "Maşınım qaçırılıb"

Hadisə Materials 30 İyul 2016 12:44 (UTC +04:00)

Bakı. Trend:

İyulun 26-da saat 01 radələrində Sabunçu rayonunun Bilgəh qəsəbəsindən qəsəbə sakini Emin İmranova məxsus “Mercedes” markalı avtomobil qaçırılması barədə məlumat daxili olub.

Hadisə ilə bağlı Trend-ə Daxili işlər Nazirliyindən bildiriblər ki, Sabunçu RPİ 14-cü PB əməkdaşları tərəfindən aparılmış araşdırmalar zamanı maraqlı məqamlar ortaya çıxıb. Beləki, E.İmranovun iyulun 26-da qəsəbə ərazisində idarə etdiyi avtomobillə yol-nəqliyyat hadisəsi törətməsi və avtomobili hadisə yerində qoyub hadisə yerini tərk etməsi, həmçinin polisə yalan məlumat verməsi müəyyən edilib.

Avtomobil cərimə meydançasına yerləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti