...

Sərxoş sürücülərə qarşı reyddə gərginlik, qarşıdurma (FOTO/VİDEO)

Hadisə Materials 24 Avqust 2016 16:43 (UTC +04:00)
Göygöldə sərxoş sürücülərə qarşı keçirilən reyddə gərgin anlar yaşanıb.
Sərxoş sürücülərə qarşı reyddə gərginlik, qarşıdurma (FOTO/VİDEO)

Bakı. Trend:

Göygöldə DYP-nin sərxoş sürücülərə qarşı keçirdiyi reyddə gərgin anlar yaşanıb.

Trend Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, reyd zamanı spirtli içki qəbul edən sürücülərlə polis əməkdaşları arasında mübahisələr baş verib.

Bildirilir ki, reyd hərəkətin intensivliyi müşahidə olunan Gəncə-Toğanalı və Gəncə-Topalhəsənli avtomobil yollarında keçirilib. Reyd zamanı sərxoş sürücülər polisə müqavimət göstərməyə cəhd ediblər. Sərxoşluğu müəyyən edilən sürücülər barəsində müvafiq tədbirlər görülüb, yol polisinə qarşı zor tətbiq etməyə cəhd göstərənlər isə polis şöbəsinə aparılıblar.

Reyd zamanı 20-yə yaxın sürücü sükan arxasına sərxoş əyləşdiyi üçün məsuliyyətə cəlb edilib.

 

Məqalədə:
Xəbər lenti

Xəbər lenti