Bakı.Trend:
Massalıda 6 otaqlı ev yanıb.
Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Masallı rayonun Ətcələr kəndində vətəndaşa məxsus ümumi sahəsi 288 m2 olan ikimərtəbəli 6 otaqlı evin 1-ci mərtəbəsində 2 otağının yanar konstruksiyaları və ev əşyaları 65 m2 sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 17:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.