...

Kürdəmirdə 2 otaqlı ev yanıb

Hadisə Materials 20 Oktyabr 2016 21:51 (UTC +04:00)
Kürdəmirdə yanğın qeydə alınıb
Kürdəmirdə 2 otaqlı ev yanıb

Bakı. Trend:

Kürdəmirdə yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Kürdəmir rayonu, Sor-Sor kəndində vətəndaşa məxsus ümumi sahəsi 85 m2 olan birmərtəbəli 2 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın saat 17:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti