...

Tərtərdə tank əleyhinə mina tapıldı (FOTO)

Hadisə Materials 9 Dekabr 2016 13:44 (UTC +04:00)
Tərtər rayonunda tank əleyhinə mina tapılıb.
Tərtərdə tank əleyhinə mina tapıldı (FOTO)

Bakı. Trend:

Tərtər rayonunda tank əleyhinə mina tapılıb.

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Trend-ə verilən məlumata görə, rayonun Şıxarx kəndinin ərazisində yerləşən otlaq sahəsində 1 ədəd tank əleyhinə mina (TM-57) aşkar edilərək yerində zərərsizləşdirilib, nəticə etibarilə 150 kv.m ərazi yoxlanılıb.

Qeyd edək ki, ümumilikdə Agentlik tərəfindən 7 aprel – 9 dekabr 2016-cı il tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Xocavənd, Bərdə, Füzuli, Beyləqan, Goranboy, Tovuz, Qazax, Ağstafa, Samux, Göygöl, Şəmkir, Cəlilabad, Ucar, Astara, Salyan rayonlarında, Mingəçevir, Sumqayıt, Gəncə, Lənkəran və Bakı şəhərlərində 649 ev və həyətyanı sahə, 3 hərbi hissə, 2 kənd qəbiristanlığı, 5 kənd orta məktəbi, 2 tibb məntəqəsi, 1 metal anbarı, 30 ferma, əkin sahələri, 1 çaxır zavodu, 1 qoruq ərazisi, 1 çınqıl karxanası və 1 dəmir yolu stansiyası ərazisinə baxış keçirilib, 4 017 ədəd partlamamış hərbi sursat, 15 ədəd piyada əleyhinə mina (PMN), 3 ədəd piyada əleyhinə mina (POMZ-2), 2 ədəd piyada əleyhinə mina (OZM-72), 2 ədəd “siqnal minası” və 46 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti