...

Yeni il yaxınlaşdıqca "partladan" və fişəng axını artır (FOTO)

Hadisə Materials 16 Dekabr 2016 11:54 (UTC +04:00)
Avtomobilin gizli saxlanc yerlərindən pirotexniki vasitələr aşkar olunub.
Yeni il yaxınlaşdıqca "partladan" və fişəng axını artır (FOTO)

Bakı. Trend:

Avtomobilin gizli saxlanc yerlərindən pirotexniki vasitələr aşkar olunub.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin Gömrük sahəsində hüquqpozmalara qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında Gürcüstandan ölkəmizə gələn Azərbaycan vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə “Sınıq Körpü” gömrük postunun idxal nəzarət zonasında gömrük baxışı keçirilib.

Yoxlama zamanı avtomobilin gizli saxlanc yerlərindən gömrük nəzarətinə bəyan edilməyən 134 ədəd fişəng və 21 600 ədəd pirotexniki vasitələr aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti