...

Xırdalanda yaşayış binasında yanğın - 20 sakin təxliyə olundu

Hadisə Materials 23 Dekabr 2016 10:23 (UTC +04:00)
Xırdalan şəhərində yaşayış binasında yanğın olub.
Xırdalanda yaşayış binasında yanğın - 20 sakin təxliyə olundu

Bakı. Trend:

Xırdalan şəhərində yaşayış binasında yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Xırdalan şəhərində çoxmənzilli yaşayış binasının 7-ci mərtəbəsindən 12-ci mərtəbəsinə qədər şaxtadan keçən elektrik kabelləri 12 p.m yanıb. Hadisə zamanı 20 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz yerə təxliyə olunub.

Mənzillər yanğından mühafizə olunub. Yanğın saat 08:42-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti