...

Lənkəranda 8 ədəd partlamamış hərbi sursat aşkarlanıb (FOTO)

Hadisə Materials 6 Yanvar 2017 00:35 (UTC +04:00)
Lənkəranda 8 ədəd partlamamış hərbi sursat aşkarlanı
Lənkəranda 8 ədəd partlamamış hərbi sursat aşkarlanıb (FOTO)

Bakı. Trend:

Lənkəranda 8 ədəd partlamamış hərbi sursat aşkarlanıb. Bu barədə Trend-ə Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) məlumat verilib.

ANAMA-nın məlumatına görə, Lənkəran şəhəri, Dəniz kənarında - 7 ədəd TM-62M və 1 ədəd TM-57 tank əleyhinə mina aşkar edilərək götürülüb, nəticə etibarilə 1 600 kv.m. ərazi yoxlanılıb.

Ümumilikdə Agentlik tərəfindən 01 - 05 yanvar 2017-ci il tarixlərində Füzuli rayonu və Lənkəran şəhərində 1 otlaq sahəsinə və dəniz kənarına baxış keçirib, 9 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib, 2 700 kv.m ərazi yoxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti