Bakı. Trend:
Xaçmazda 6 otaqlı evdə yanğın baş verib.
Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Xaçmaz rayonu, Ortaoba kəndində vətəndaşa məxsus ümumi sahəsi 300 m2 olan ikimərtəbəli 6 otaqlı evin 2-ci mərtəbəsinin yanar konstruksiyaları 150 m2 sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə edilib.
Yanğın saat 00:29-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.