...

Prokuror toy axşamında qətl törədən şəxsə 20 il cəza istəyib

Hadisə Materials 3 Fevral 2017 16:06 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə təqsirləndirilən Arif Ağayevin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Trend-in məlumatına görə, hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən iclasda dövlət ittihamçısı A.Ağayevin 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Proses fevralın 14-də davam etdiriləcək.

İttihama görə, Abşeron rayonu, Saray qəsəbəsində, Rövşən Nəbiyev küçəsi, 23 ünvanında yaşayan Ağayevlər ailəsi toydan bir gün əvvəl yaxınları üçün "ciyər axşamı" məclisi təşkil ediblər. Ev sahibi Seyran Ağayevin qardaşı oğlu, əvvəllər məhkum olunmuş Arif Ağayev digər qohumu ilə məclisdə mübahisə edib. Mübahisə zəminində A.Ağayev bıçaqla qohumunu vurmaq istəyəndə 45 yaşlı Əlibaba Məmmədov onları ayırmağa çalışıb. Bu zaman bıçaq Ə.Məmmədovun sinəsinə dəyib. Yaralı aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Abşeron Rayon Polis İdarəsinin əməliyyatçıları cinayəti törədən A.Ağayevi saxlayıb. O, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti