...

Baş Prokurorluq Bakıda uçqun hadisəsi ilə bağlı məlumat yayıb

Hadisə Materials 13 Aprel 2017 09:53 (UTC +04:00)
Baş Prokurorluq Səbail rayonundakı istirahət mərkəzində tikilməkdə olan binada baş verən uçqunla əlaqədar məlumat yayıb.
Baş Prokurorluq Bakıda uçqun hadisəsi ilə bağlı məlumat yayıb

Bakı. Trend:

Baş Prokurorluq Səbail rayonundakı istirahət mərkəzində tikilməkdə olan binada baş verən uçqunla əlaqədar məlumat yayıb.

Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Trend-ə açıqlamasında bildirib ki, faktla bağlı Səbail rayon prokurorluğunda Cinayət Məcəlləsinin 222.3-cü (Tikinti işlərinin aparılmasının təhlükəsizlik qaydalarını pozma, zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

O, həmçinin qeyd edib ki, iş üzrə müvafiq ekspertizalar təyin edilib, hadisənin baş vermə səbəblərinin və təqsirkar şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

İstirahət mərkəzində baş verən uçqunla bağlı cinayət işi başlandı

İstirahət mərkəzində baş verən uçqunla bağlı cinayət işi başlandı

Qeyd edək ki, ötən gün baş vermiş uçqun nəticəsində dağıntılar altından 2 meyit çıxarılıb, 4 nəfər isə xəsarət alıb. Xəsarət alanlardan birinə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb, 3 nəfər isə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Yaralıların vəziyyəti orta ağır qiymətləndirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti