...

Bakıda Kərpic Zavodunun yanında intihar

Hadisə Materials 7 İyun 2017 09:46 (UTC +04:00)
Bakıda daha bir intihar hadisəsi baş verib.
Bakıda Kərpic Zavodunun yanında intihar

Bakı. Samir Əli - Trend:

Bakıda daha bir intihar hadisəsi baş verib. Trend-in məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonunun Zabrat qəsəbəsində baş verib. Qəsəbə sakini, 1988-ci il təvəllüdlü Ağəliyev Hidayət Hamil oğlu qəsəbə ərazisindəki Kərpic Zavodunun yanındakı fərdi tikilidə özünü asaraq öldürüb.

İntiharın səbəbləri hələlik məlum deyil.

Faktla bağlı Sabunçu rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti