Bakı. Trend:
Bakıda 5 yaşlı uşağı elektrik cərəyanı vurub.
Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, iyunun 5-də Xəzər rayonunun Binə qəsəbəsində 5 yaşlı Aysu Abbasovanı evlərinin həyətində elektrik cərəyanı vurub. Xəstəxanaya yerləşdirilən uşaq iyunun 7-də orada ölüb.
Hadisə ilə bağlı araşdırma aparılır.