...

Xızıda inzibati binada yanğın olub

Hadisə Materials 29 İyun 2017 13:41 (UTC +04:00)
Xızı rayonunda inzibati binada yanğın hadisəsi baş verib.
Xızıda inzibati binada yanğın olub

Bakı. Trend:

Xızı rayonunda inzibati binada yanğın hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Xızı rayonu, Yeni Yaşma kəndində ümumi sahəsi 1684 m2 olan üçmərtəbəli inzibati binanın 1-ci mərtəbəsində yardımçı otağın içərisinə yığılmış karton və kağız tullantıları 8 m2 sahədə yanıb.

Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 13:04-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti