...

Prokuror məhbus yoldaşını balta ilə öldürən şəxsə cəza istədi - 14 il

Hadisə Materials 29 İyun 2017 17:23 (UTC +04:00)
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Rüfət Quliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Prokuror məhbus yoldaşını balta ilə öldürən şəxsə cəza istədi - 14 il

Bakı. Samir Əli - Trend:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Rüfət Quliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Trend-in məlumatına görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı yekunlaşıb və dövlət ittihamçısı çıxış edib. Prokuror R.Quliyevin 14 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

İttihama görə, 2016-cı il fevralın 8-də Sumqayıt şəhəri, Corat qəsəbəsində R.Quliyevin yaşadığı evə gələn tanışı Ramiz Hətəmovla aralarında söyüş üstündə mübahisə yaranıb. R.Quliyev balta ilə R.Hətəmovun başına zərbələr endirərək qətlə yetirib. R.Quliyev könüllü polisə təslim olub.

Bu şəxslər əvvəllər narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirli bilinərək 3 saylı Cəzaçəkmə Müəssisəsində bir yerdə cəza çəkiblər.

R.Quliyev Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti