...

Binəqədidə baş verən yanğın söndürülüb, xəsarət alan var (YENİLƏNİB-2)

Hadisə Materials 11 Avqust 2017 00:42 (UTC +04:00)
Binəqədidə yanğın hadisəsi baş verib.
Binəqədidə baş verən yanğın söndürülüb, xəsarət alan var (YENİLƏNİB-2)

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyindən (FHN) Trend-ə verilən məlumata görə, ilkin məlumata əsasən, hadisə zamanı 3 nəfər tüstüdən zəhərlənib.

Onlardan ikisi ilkin yardım göstərildikdən sonra evə buraxılıb, 1 nəfər xəstəxanadadır, 3 nəfər isə əl və ayaq nahiyyəsinin kəsilmiş-deşilmiş yaralar ilə xəstəxanaya yerləşdirilib. Onların vəziyyətləri normaldır.

X X X

23:03

Bakı şəhəri, Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 175 m2 olan mansard tipli tikinti materiallarının satışı mağazasının dam örtüyü və mansardı 168 m2 sahədə, bitişik ümumi sahəsi 96 m2 olan çay evinin damı və mansardı yanıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Trend-ə verilən məlumata görə, mağazanın qalan hissəsi və digər bitişik mağazalar yanğından mühafizə olunub. Yanğın saat 20:41-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

X X X

20:58

Binəqədidə yanğın hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Binəqədi rayonu ərazisində yerləşən mağazanın dam örtüyündə yanğın başlayıb.

Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində saat 20:32-də yanğın məhdudlaşdırılıb. Yanğının söndürülməsi üçün işlər davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti