...

Şəkidə “Qazel” ağaca çırpılıb

Hadisə Materials 29 Avqust 2017 05:49 (UTC +04:00)
Şəki şəhərində qəza baş verib
Şəkidə “Qazel” ağaca çırpılıb

Bakı. Trend:

Şəki şəhərində qəza baş verib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Şəki şəhərində “Qazel” markalı yük avtomobili idarəetməni itirərək yol kənarındakı ağaca çırpılıb.

Nəticədə avtomobilin kabinəsi və mühərrikində elektrik avadanlıqları yanıb.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 23:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti