Bakı. Trend:
Sabunçu rayonunun Nardaran qəsəbə sakini silahı polisə təhvil verib.
Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, aparılan profilaktik tədbirlər nəticəsində Sabunçu rayonunun Nardaran qəsəbə sakini Ülvi Məmmədov atasından qalmış 1 ədəd “İJ” markalı ov tüfəngini könüllü olaraq 42-ci PB-yə təhvil verib.