...

Ağdamda 15 yaşlı oğlan özünü tövlədə asdı

Hadisə Materials 20 Noyabr 2017 12:13 (UTC +04:00)
Ağdamda 15 yaşlı oğlan intihar edib.
Ağdamda 15 yaşlı oğlan özünü tövlədə asdı

Bakı. Samir Əli - Trend:

Ağdamda 15 yaşlı oğlan intihar edib.

Trend-in məlumatına görə, hadisə noyabrın 20-də səhər saat 11:30 radələrində rayonun Çəmənli kəndində baş verib. Kənd sakini, 2002-ci il təvəllüdlü Rzayev Qığılcım Habil oğlu özünü yaşadığı evin həyətindəki tövlədən asıb. Mərhumun qohumları onun meyitini asılmış vəziyyətdə aşkar ediblər.

İntiharın səbəbləri hələlik məlum deyil.

Faktla bağlı Ağdam rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanıb, istintaq aparılır.

Xəbər lenti

Xəbər lenti