...

Bakıda zavodda partlayış - 1 nəfər ölüb (YENİLƏNİB)

Hadisə Materials 20 Noyabr 2017 12:59 (UTC +04:00)
Bakıda zavodda güclü partlayış olub.
Bakıda zavodda partlayış - 1 nəfər ölüb (YENİLƏNİB)

Bakı. Samir Əli - Trend:

Bakıda zavodda güclü partlayış olub.

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətində İdarəetmə Mərkəzindən Trend-ə verilən məlumata görə, partlayış Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisindəki zavodda baş verib. Məlumata görə, partlayış nəticəsində 1 nəfər həlak olub.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb edilib.

Xəbər lenti

Xəbər lenti